Modern.az

Azərbaycanda avtomobillər bahalaşacaq - SƏBƏB

Azərbaycanda avtomobillər bahalaşacaq - SƏBƏB

İqtisadiyyat

12 Fevral 2024, 10:20

Fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək. Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı veriləcək.

 

Qərara görə, minik atomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat haqq ödəniləcək.

 

Hər dövlət texniki baxışı zamanı isə istehsal-buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat və 30 il və daha çox olduqda 40 manat haqq ödəniləcək.

 

Utilizasiya haqqı avtomobillərin bahalaşmasına səbəb olacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov köhnə avtomobilərin ölkəmizə idxal olunan zaman utilizasiya haqqı ödəcəyəklərini söyləyib. 

 

“Yaşı 4 ildən çox olan avtomobilə görə 400 manat, 7 ildən çox olanlara görə 700 manat utilizasiya haqqı nəzərdə tutulub. Fikrimcə, utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədi ilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. Bu o qədər də böyük məbləğ deyil”.

 

Ekspertin sözlərinə görə, avtomobillərin qiymətində 3-5 faiz civarında artım ola bilər:

 

“Novruz tətilindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin qiymətində 5 faiz yüksəlmə olacaq. Bu bizim daxili bazardan, iqtisadiyyatımızdan asılı deyil. İri avtomobil sənayeçiləri qiyməti artırırlar. Bunu onunla əlaqələndirilər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib”.

 

Nəqliyyat eksperti Yasin Mustafayev hesab edir ki, bu qərarla ölkəyə yeni avtomobillərin gətirilməsinə təşviq olunur:

 

“Fevralın 1-dən utilizasiya haqqında qanun artıq qüvvəyə mindi. İstehsal ili 4 ildən 10 ilə qədər olan avtomobillər 10 manat, 10 ildən 20 ilə qədər olan 20 manat, 20 ildən 30 ilə qədər olan avtomobillər 30 manat, 30 ildən çox olanlarda isə texniki baxış zamanı 40 utilizasiya pulu alınacaq. İstehsal ili 4 ilə qədər olan avtomobillərdən alınmayacaq. 

 

Qiymət artımına gəldikdə isə əslində 400 manat kifayət qədər böyük məbləğ deyil. Avtomobilin dəyərinin 1 faizi qədər əlavə rüsum ödəmək onun qiymətinə ciddi təsir etməməlidir. Amma yəqin ki, bəzi işbazlar bundan yararlanacaq. Bu qərar onların işinə yarayacaq. Qiymətləri artırmağa çalışacaqlar. Əslində isə qiymət artımı çox olmamalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada