Modern.az

Baş planda nəzərdə tutulan tramvaylar Rusiyadan alınacaq? - AÇIQLAMA

Baş planda nəzərdə tutulan tramvaylar Rusiyadan alınacaq? - AÇIQLAMA

İqtisadiyyat

12 Fevral 2024, 17:26

"Bizim bu il Bakı metropoliteni üçün vaqonların tədarükü ilə bağlı böyük layihəmiz var, 35 vaqon - bu, çox böyük layihədir".

 

Modern.az xəbər verir ki, bunu "İzvestiya"ya müsahibəsində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov deyib.

 

"Bakının inkişafı üzrə baş planda tramvaylardan istifadə nəzərdə tutulduğundan elektrik avtobusları və tramvaylarla bağlı başqa layihələr də var", - o əlavə edib.

 

"Xüsusilə Rusiya, Azərbaycan, İran və Türkiyə arasında malların tədarükü üçün Azərbaycan dəmir yolundan istifadə imkanlarının genişləndirilməsi layihələrinin əlaqələndirilməsi yaxınlaşır. Bu da bu il həyata keçiriləcək", - diplomat vurğulayıb.

 

Qeyd edək ki, plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılacağı bildirilir. 

Bu xəbər ilə bağlı
20 il əvvəl sökülən 100 yaşlı nəqliyyat: Bakının yenidən tramvaya ehtiyacı var...
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi