Modern.az

Ötən ay bu məhsullar bahalaşıb - Qoyun və toyuq əti, şəkər, soğan...

Ötən ay bu məhsullar bahalaşıb - Qoyun və toyuq əti, şəkər, soğan...

13 Fevral 2024, 13:22

Bu ilin yanvar ayında Azərbaycanda inflyasiya 1.7% təşkil edib. 

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya dekabra nisbətən 1.1% olub.

 

Məlumata görə, ayrı-ayrı qida məhsullarından düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətində artım olub.

 

Azalma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub.

 

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov