Modern.az

Sürüşmə baş verən qızıl mədəninin lisenziyası ləğv edildi

Sürüşmə baş verən qızıl mədəninin lisenziyası ləğv edildi

İqtisadiyyat

17 Fevral 2024, 15:36

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi araşdırmadan sonra bu qərara gəlib.

 

Belə ki, araşdırmalar zamanı sürüşmə baş verən ərazidə tapılan materialın Sabırlı çayına və karxana ərazisinə doğru axması mədənin ekoloji icazəsi və lisenziya şəhadətnaməsinin ləğv edilməsinə səbəb olub.

 

Xatırladaq ki, fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəni ərazisində torpaq sürüşməsi baş verib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi