Modern.az

2023-cü ildə bələdiyyələr nə qədər gəlir əldə edib?

2023-cü ildə bələdiyyələr nə qədər gəlir əldə edib?

19 Fevral 2024, 12:00

Bələdiyyələrin gəlirləri əvvəlki ildə 2020-ci illə müqayisədə 12 milyon manatdan çox (35%), o cümlədən yerli vergilərdən daxil olmalar 6 milyon manat (43%) artaraq bələdiyyələrin gəlirləri 47,4 milyon manat səviyyəsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.

 

Bu sahədə artım dinamikası 2023-cü ildə də davam etmiş, Dövlət Statistika Komitəsinin məlumatına əsasən təkcə doqquz ayda ümumi yerli büdcə gəlirləri 11 faizdən çox - 3,9 milyon manat artıb. Həmçinin, bələdiyyələrin təqdim etdiyi məlumatlardan görünür ki, 2023-cü ildə əvvəlki illə müqayisədə 2,5 milyon manat (14%) çox torpaq və əmlak vergisi yığılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu