Modern.az

İpoteka krediti almaq istəyənlərin nəzərinə! - Müraciətlər başlayır

İpoteka krediti almaq istəyənlərin nəzərinə! - Müraciətlər başlayır

19 Fevral 2024, 12:30

İpoteka və Kredit Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

 

Modern.az Fonda istinadən xəbər verir ki, müraciətlər fevralın 23-də, saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.

 

İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (//mcgf.gov.az/menu/205) və rəsmi Youtube kanalından (//www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.

 

Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi