Modern.az

Mərkəzi Bank investisiya şirkətləri ilə bağlı standartlarını təsdiqlədi

Mərkəzi Bank investisiya şirkətləri ilə bağlı standartlarını təsdiqlədi

20 Fevral 2024, 09:28

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nı təsdiq edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb.

 

Qeyd edilib ki, bu Standartlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 31.13-cü maddəsinə müvafiq olaraq beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanıb və investisiya şirkətlərində korporativ idarəetmə standartlarını müəyyən edir. Məqsəd korporativ idarəetməyə dair qanunla müəyyən olunmuş tələbləri əsas tutaraq investisiya şirkətlərində etibarlı, şəffaf idarəetmə və hesabatlılıq sisteminin təşkili, daxili nəzarətin və risklərin idarə olunmasının effektivliyinin təmin edilməsidir.

 

Qərar əsasən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları” gələn il fevralın 8-də qüvvəyə minəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi