Modern.az

İqlim dəyişmələrinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir

İqlim dəyişmələrinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir

İqtisadiyyat

21 Fevral 2024, 15:48

“Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır”.

 

Modern.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İstanbulda keçirilən 27-ci Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına məktubunda yer alıb.

 

Dövlət başçısı iqlim dəyişmələrinin təsirlərinin artıq həyatın bütün sahələrində özünü büruzə verdiyini əlavə edib:

“Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi