Modern.az

Azərbaycan nefti ucuzlaşıb - Faktiki qiymət

Azərbaycan nefti ucuzlaşıb - Faktiki qiymət

İqtisadiyyat

24 Fevral 2024, 11:19

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.


Modern.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,03 dollar və ya 2,3 faiz azalaraq 86,11 dollar olub.
 

Dünya birjalarında digər markalardan olan neft də ucuzlaşıb.


Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,05 dollar azalaraq 81,62 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,12 dollar azalaraq 76,49 dollar təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir