Modern.az

Mərkəzi Bankdan məcburi sərəncam

Mərkəzi Bankdan məcburi sərəncam

İqtisadiyyat

26 Fevral 2024, 15:28

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

 

Modern.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Məlumata görə, bu addım xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvarın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi