Modern.az

"Şahdəniz"in şərq-şimal cinahından hasilata başlanılıb

İqtisadiyyat

26 Fevral 2024, 19:46

"Şahdəniz 2" layihəsi çərçivəsində "Şahdəniz" yatağının şərq-şimal cinahından hasilata başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə bp şirkətindən bildirilib.

 

Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetilirilib.

 

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi.

 

Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi