Modern.az

Bu şirkətlər də Rusiyadakı mağazalarını bağlayır - Sanksiyalara görə

Bu şirkətlər də Rusiyadakı mağazalarını bağlayır - Sanksiyalara görə

İqtisadiyyat

27 Fevral 2024, 11:56

Rusiyada Cənubi Koreyanın LG, Almaniyanın "Bosch" və Yaponiyanın "Sony" şirkətlərinin ixtisaslaşmış mağazaları bağlanmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

 

Artıq bu şirkətlərin mağazalarının yerində Türkiyə və Çin tədarükçülərinin satış nöqtələri açılır. 2024-cü ilin fevral ayının əvvəlində LG və "Sony" mağazalarının Moskvadakı "Afimall City" ticarət mərkəzindəki mağazaları bağlanıb. LG brendinin mağazaları təchizatların dayanması səbəbindən bağlanıb. LG-nin saytındakı məlumata görə, şirkətin Moskvada 4mağazası olub. Mart ayında Cənubi Koreyalı satıcının yerində "Grundig" mağazası (Türkiyənin "Arçelik" şirkətinə məxsusdur) açılacaq.

 

"Sony" də eyni ticarət mərkəzindəki mağazasının bağlanmasının oxşar səbəbini göstərib. Moskvada daha 3 "Sony" pərakəndə satış məntəqəsi isə əlində qalanları satmaq üçün yaya qədər açıq qalacaq. Rəsmi açıqlamaya görə, əvvəllər Rusiya Federasiyasının hər milyondan çox əhalisi olan şəhərində "Sony"nin mərkəzi olub, lakin sanksiyalara görə onların hamısı bağlanır.

 

Bir çox xarici elektronika brendləri, o cümlədən LG, "Sony" və "Bosch" Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya tədarükünü dondurmağa başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi