Modern.az

Azərbaycanda ən yüksək maaş alanlar bu sahələrdə çalışırlar - SİYAHI

Azərbaycanda ən yüksək maaş alanlar bu sahələrdə çalışırlar - SİYAHI

İqtisadiyyat

27 Fevral 2024, 15:24

2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər olub. Onların 51.6 faizi dövlət sektorunda, qalanı qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

 

Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 933,8 manat olub. Ancaq orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın bəzi sahələrində olduqca yüksək, bəzilərində aşağı olub.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.

 

Mədənçıxarma sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ildə 3347.5 manat olub. Bu, bir əvvəlki illə müqayisədə 107 manat artıq, ümumi orta aylıq nominal əməkhaqqıdan 3.5 dəfə çoxdur.

 

Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 2325.5 manat olub. Bu sahədədə əvvəlki illə müqayisədə 250 manatdan çox artıb. Peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində də orta aylıq nominal əməkhaqqı yüksək olub.

 

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları 559 manat olub. Bu sahədə də əvvəlki illə müqayisədə artım müşahidə edilib.

 

Təhsil sahəsində isə ötən il orta aylıq nominal əməkhaqqı 713.3 manat olub. 2022-ci ildəki 630 manatla müqayisədə artım qeydə alınıb. 

 

Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2023-cü ildə orta aylıq əməkhaqqısını aşağıdakı cədvəldə görmək mümkündür.

İqtisadi fəaliyyət növləri

Orta aylıq nominal əməkhaqqı (manatla)

Mədənçıxarma sənayesi

3347.5

Maliyyə və sığorta fəaliyyəti

2325.5

Peşə, elmi və texniki fəaliyyət

1573.5

İnformasiya və rabitə

1512.8

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

1356.4

Nəqliyyat və anbar təsərrüfatı

1278

Digər sahələrdə xidmətlərin göstərilməsi

1104.7

Tikinti

1055

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

959.7

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

910.1

Emal sənayesi

844.3

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

804.1

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

726.1

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

720.5

Təhsil

713.3

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

710.2

Ticarət; nəqliyyat vasitələrinin  təmiri

631.2

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

563.9

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

559

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!