Modern.az

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

28 Fevral 2024, 09:19

"Azeri Light" markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,26 % artaraq 87,09 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir