Modern.az

Manatın dövretmə sürəti son 9 ilin ən aşağı HƏDDİNDƏ

Manatın dövretmə sürəti son 9 ilin ən aşağı HƏDDİNDƏ

İqtisadiyyat

28 Fevral 2024, 13:58

Cari il fevral ayının 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

 

Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0,28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0.82 bənd azalıb.

 

Qeyd edək ki, cari ilin yanvar ayında manatın dövretmə sürəti 2015-ci ilin fevral ayından etibarən ən aşağı həddə düşüb. Belə ki, 2015-ci ilin fevral ayında manatın dövretmə sürəti 3.14 bənd təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi