Modern.az

Mərkəzi Bankda devalivasiyanın olmayacağına dair əminlik varsa... - Ekspert

Mərkəzi Bankda devalivasiyanın olmayacağına dair əminlik varsa... - Ekspert

28 Fevral 2024, 16:34

Manatın taleyi ilə bağlı Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var.

 

Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

 

O qeyd edib ki, dollara olan tələbin artması, təkcə manata olan təzyiqi artırmaqla bitmir.

 

"O həm də iqtisadi aktivliyi aşağı salır. Sadəcə dildə desək, insanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün xərcləməli olduqları pulu xərcləmir, dollara çevirib saxlamağa üstünlük verir. Hələ üstəgəl manatla olan əmanətlərini də dollara çevirməyə çalışır. Bu zəngirvari şəkildə dollar tələbini artırır, manatı sıxır, aktivliyi öldürür.

 

Bu durum iqtisadiyyatın bir çox sektorlarına ciddi mənfi təsir edir. Buna görə də əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə psixoloji gərginliyi azalda bilər", - ekspert vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir