Yanvarda Gürcüstanda iqtisadi artım 5,8% təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.
Tikinti, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə sahələri genişlənib. Azalma ticarət, daşınmaz əmlak və istehsalat sahələrində qeydə alınıb.
Gürcüstan hökuməti 2024-cü ildə ölkənin ÜDM artımının 5,2% olacağını gözləyir.