Modern.az

Azərbaycanda benzin ucuzlaşacaq, yoxsa bahalaşacaq? - İqtisadçı İZAH ETDİ

Azərbaycanda benzin ucuzlaşacaq, yoxsa bahalaşacaq? - İqtisadçı İZAH ETDİ

1 Mart 2024, 13:03

Nazirlər Kabineti 2024-cü ilin sonuna kimi 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələrini azaldıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Baş nazir Əli Əsədovun dünən imzaladığı Qərara əsasən, dizel yanacağı üçün aksiz dərəcəsi də 80 manatdan 1 manata salınıb.

Nazirlər Kabinetinin digər qərarı ilə ilin sonuna kimi Aİ-92 və dizel üçün 15 faiz gömrük rüsumu ləğv edilib.


Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.
 

Modern.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sözügedən qərarı belə şərh edib:

“1) Bu qərar aviakerasinə və Aİ 95, Aİ 98-ə aid deyil,

2) Qərar ancaq Aİ 92 və dizel yanacağına aiddir,

3) Qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır, ölkədə istehlak üçün çatışmayan Aİ 92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, Rusiyanın qadağası daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tədbiq edilir ki, bahalaşma olmasın,

4) Bu qərardan sonra benzin ucuzlaşmayacaq. Ssadəcə, benzin bahalaşmasın deyə belə bir qərar imzalanıb”.


Ekspert 170 illik neftçıxartma və emalı tarixi olan Azərbaycan Respublikasının hələ də özünü benzinlə təmin edə bilməməsindən təəssüfləndiyini vurğulayıb:

“A İ95, Aİ 98 markalı benzini ümumiyyətlə istehsal edə bilmirik, Aİ 92 istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ 95-in bir hissəsini Gürcüstandan idxal edirik, təsəvvür edirsinizmi?!”.


Xatırladaq ki, bu gün, martın 1-dən Rusiya benzin ixracına altı aylıq qadağa qoyub. Azərbaycan Rusiyadan benzin idxal edir.

Bəzi ekspertlər bu səbəbdən Azərbaycanda benzinin bahalaşacağını təxmin edirdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi