Modern.az

Azərbaycan qazı və Xəzər gələcəyimiz üçün mühüm rol oynayır - Edi Rama

Azərbaycan qazı və Xəzər gələcəyimiz üçün mühüm rol oynayır - Edi Rama

İqtisadiyyat

1 Mart 2024, 17:20

Bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi.

 

Modern.az xəbər verir ki, bu sözləri Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.

 

“Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır”, - deyə Edi Rama qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi