"Gürcüstan Azərbaycandan quru sərhədinin bağlanmasından sonra 1,5 milyondan çox turist itirib".
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan 2019-cu il pandemiyadan əvvəlki dövrlə müqayisədə turist axınını tam bərpa edə bilməyib və Gürcüstan-Azərbaycan sərhədinin bağlanması nəticəsində dəymiş ziyan 400 milyon dollara çatıb.
2020-ci ildə Azərbaycan koronavirus pandemiyası səbəbindən quru sərhədlərini bağlayıb. Ötən ilin sonunda məhdudiyyətlər 2 aprel 2024-cü ilə qədər uzadılıb.