Modern.az

Gürcüstanın iqtisadi artımı yüksək olacaq - NAZİR

Gürcüstanın iqtisadi artımı yüksək olacaq - NAZİR

İqtisadiyyat

4 Aprel 2024, 12:50

"Gürcüstanın iqtisadi artımı 2024-cü ildə yüksək səviyyədə qalacaq".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.

 

"Bizim gözləntilərimiz və proqnozumuz ondan ibarətdir ki, 2024-cü ildə və sonrakı illərdə iqtisadi artım yüksək səviyyədə qalacaq və adambaşına düşən ÜDM 8,6 min dolları keçəcək", - Davitaşvili qeyd edib.

 

Onun sözlərinə görə, Gürcüstan tranzit rolunu da artırmaqda davam edəcək. Hökumət ölkənin qovşaqlarının infrastrukturunu, nəqliyyat, logistika, rabitə, enerji, texnoloji, təhsil və maliyyə sistemlərini inkişaf etdirməyi planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi