Modern.az

İlk 3 ayda Azərbaycan nə qədər qaz ixrac edib?

İlk 3 ayda Azərbaycan nə qədər qaz ixrac edib?

İqtisadiyyat

8 Aprel 2024, 09:48

Bu ilin yanvar-mart aylarında Avropaya 3,2 mlrd. kubmetr, Türkiyəyə 2,3 mlrd. kubmetr, Gürcüstana isə 0,9 mlrd. kubmetr qaz ixrac olunub.


Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

 

O bildirib ki, bu dövrdə TANAP-la Türkiyəyə 1,3 mlrd. kubmetr qaz nəql edilib.

 

Eyni dövrdə neft-kondensat hasilatı 7,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 6 mln. ton olub. Bu dövrdə 400 mln. kubmetr artımla hasil edilmiş 12,6 mlrd.kubmetr qazın 6,4 mlrd. kubmetri ixrac olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi