Modern.az

Ən çox buğda ehtiyatı olan ÖLKƏLƏR...

Ən çox buğda ehtiyatı olan ÖLKƏLƏR...

İqtisadiyyat

13 Aprel 2024, 09:43

2023-2024-cü illərdə beynəlxalq bazarlarda taxılın qiymətlərinin aşağı düşməsi buğda sahələrinin azalmasına səbəb olub. Buna baxmayaraq, əlverişli hava şəraiti səbəbindən 2024-cü ildə buğda istehsalı üçün yaxşı perspektivlər var. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunub.

 

FAO-nun 2023-24-cü illərdə qlobal taxıl istehsalı ilə bağlı proqnozu əvvəlki illə müqayisədə 1,1 faiz (32 milyon ton) artaraq 2,841 milyon tona çatıb. Qlobal taxıl istehlakı proqnozu isə 2 milyon 828 milyon ton olub.

 

Təşkilatın məlumatına görə, buğda istehsalının çoxu bir neçə ölkədə cəmləşib.

 

 

Modern.az dünyanın ən çox buğda istehsal edən 10 ölkəsini təqdim edir:

 

1. Çin

Çin dünyanın ən böyük buğda istehsalçısıdır. 21-ci əsrin ilk iki onilliyində ölkə dünya üzrə ümumi məhsulun 17%-ni - 2,4 milyard ton buğda istehsal edib.  1,4 milyard əhalisi olan Asiya ölkəsi həm də dünyanın ən böyük buğda istehlakçısıdır.

 

2. Hindistan

Son 20 ildə Hindistan dünyada ümumi buğdanın 12,5%-ni - 1,8 milyard ton istehsal edib, lakin bu ölkə də yetişdirdiyi məhsulun böyük hissəsini özü istehlak edir.

 

3. Rusiya

2000-2020-ci illər arasında 1,2 milyard ton ilə dünyanın üçüncü ən böyük buğda istehsalçısı olan Rusiya ümumi buğdanın 8,4 faizini təşkil edir və dünyanın ən böyük buğda ixracatçısıdır 

 

4. ABŞ

1,2 milyard ton istehsal həcmi ilə ABŞ 2000-2020-ci illər arasında dünya buğdasının 8,4%-ni istehsal edib və əsas ixracatçıdır. Buğda ixracında ABŞ Rusiyadan sonra dünyada ikinci yeri tutur.

 

5. Fransa

Fransa 2000-2020-ci illər arasında dünya buğda istehsalının 5,4%-ni təşkil edib və 767 milyon ton istehsal edib. Paris Avropa İttifaqının ən böyük buğda istehsalçısıdır.

6. Kanada

571 milyon ton istehsalla Kanada 2000-2020-ci illər arasında dünya buğda istehsalında 4%-lik paya sahib olub.

 

7. Almaniya

Buğda istehsalına görə Avropa İttifaqında Fransadan sonra ikinci yeri tutan Almaniya 2000-ci ildən 2020-ci ilə qədər dünya buğdasının 3,5%-ni - 491 milyon ton yetişdirib.

 

8. Pakistan

Pakistan 2000-2020-ci illər arasında dünya buğda istehsalının 3,4%-nə nail olub və 482 milyon ton məhsul yığıb.

 

9. Avstraliya

25,7 milyon əhalisi olan Avstraliya 21-ci əsrdə qlobal buğda ixracat bazarlarında getdikcə əhəmiyyətli oyunçuya çevrilir. Bu ölkə ilk iki onillikdə 456 milyonluq məhsul istehsal edib.

 

10. Ukrayna

Ukrayna ən böyük beş buğda ixracatçısından biridir və 2000-ci ildən 2020-ci ilə qədər 433 milyon ton məhsul yığaraq qlobal istehsalın 3,1%-ni təmin edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı