Modern.az

Azərbaycanlılar Türkiyədə 10 minə yaxın mənzil alıblar

Azərbaycanlılar Türkiyədə 10 minə yaxın mənzil alıblar

İqtisadiyyat

15 Aprel 2024, 16:49

Türkiyədə son illərdə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb.

 

Modern.az-ın Türkiyə Statistika İdarəsinin təqdim etdiyi məlumatlar əsasında apardığı araşdırmalara görə, son 9 ildə Azərbaycan vətəndaşları Türkiyədə 10 minə yaxın mənzil alıb.

 

Qeyd edək ki, mənzil alışlarında 2018-ci ildən sonra daha çox artım müşahidə edilib. Rekord nəticə 2021-ci ildə qeydə alınıb.

 

Məlumata görə, 2024-cü ilin ilk iki ayında Azərbaycan vətəndaşları Türkiyədə 112 ədəd mənzil alıblar.

 

İllər üzrə Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları mənzillərin sayı aşağıdakı kimi olub:

 

2015-ci il - 815 ədəd
2016-cı il - 610 ədəd
2017-ci il - 942 ədəd
2018-ci il - 1250 ədəd
2019-cu il - 1191 ədəd
2020-ci il - 1279 ədəd
2021-ci il - 1517 ədəd
2022-ci il - 1330 ədəd
2023-cü il -  832 ədəd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!