Modern.az

Azərbaycanda avtomobillərin neçə “yaşı” var?

Azərbaycanda avtomobillərin neçə “yaşı” var?

16 Aprel 2024, 10:50

Bir müddət əvvəl verilən qərara əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Müzakirələrə səbəb olan qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

 

Qərarın qəbul edilməsindən sonra avtomobil bazarında çaxnaşma yaranıb. Buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobillərdə ciddi ucuzlaşma müşahidə edilib.

 

Bəs, Azərbaycanda avtomobil parkının yaş sturukturu necədir?

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanda 1.4 milyon çox minik avtomobili olub. Ötən illə bağlı rəqəmlər hələlik açıqlanmayıb.

 

2022-ci ildə Azərbaycandakı minik maşınları arasında buraxılış ili 20 ildən çox olan avtomobillərin sayı çoxluq təşkil edib. Belə ki, həmin il ölkəmizdə olan maşınların 45 faizinin buraxılış ili 20 il və daha çox, 38 faizinin “yaşı” 10-20 il arasında, 12 faizinin buraxılış ili 5-10 il arasında olub. Cəmi 5 faiz avtomobilin “yaşı” 5 ilə qədər olub.

 

Avtobuslar və yük maşınlarında isə vəziyyət daha acınacaqlı olub. Belə ki, hər iki kateqoriyaya aid olan nəqliyyat vasitələrinin yarısından çoxunun yaşı 20 il və daha çox olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!