Modern.az

Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi

Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi

İqtisadiyyat

18 Aprel 2024, 11:54

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 

Sənədə əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər və maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu 15 faiz olacaq.

 

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

8711 10 000

– – mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli:

   

8711 10 000 1

– – – konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksi-mal sürəti saatda 50 km-dən çox olan

əd

15

8711 10 000 9

– ­– – digərləri

əd

15

8711 60 900

– – digərləri:

   

8711 60 900 1

– – – konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan

əd

15

8711 60 900 9

– – – digərləri

əd

15

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi