Modern.az

Neft Fondunun aktivləri 2,3 faiz ARTIB

Neft Fondunun aktivləri 2,3 faiz ARTIB

İqtisadiyyat

19 Aprel 2024, 22:50

Bu il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 2,3 faiz artaraq 57 372,8 milyon ABŞ dolları təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə ARDNF-in 2024-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

 

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 268,3 milyon manat, büdcə xərcləri isə 3 205,4 milyon manat təşkil edib.

 

Yanvar-mart ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 421,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 645,5 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat olub.

 

Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 846,9 milyon manat təşkil edib.

 

Hesabat dövrü ərzində ARDNF-in 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 3,2 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat təşkil edib.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyon manat olub.

 

“İlin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda, səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir”, - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi