Modern.az

Azərbaycan neftinin qiyməti cüzi ARTIB

Azərbaycan neftinin qiyməti cüzi ARTIB

İqtisadiyyat

20 Aprel 2024, 10:55

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti cüzi artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82 ABŞ dolları təşkil edib.

 

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok