Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

20 Aprel 2024, 11:32

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Modern.az xəbər verir ki, xarici birjalarda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,31 dollar və ya 0,4 faiz artaraq 88,82 dollar olub.

Birjalarda digər markalardan olan neft də bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,18 dollar artaraq 87,29 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,41 dollar artaraq 83,14 dollar təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi