Modern.az

Nazir BMT BA-nın prezidenti ilə görüşdü

Nazir BMT BA-nın prezidenti ilə görüşdü

İqtisadiyyat

21 Aprel 2024, 09:07

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Trinidad və Tobaqonun BMT yanındakı daimi nümayəndəsi sosial şəbəkədə bildirib.

 

“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində DİM-lərə (Dayanıqlı İnkişaf Məqsədləri – red.) verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok