Modern.az

Azərbaycanın icmal büdcəsində 3 milyard manatdan çox qalıq yaranıb

Azərbaycanın icmal büdcəsində 3 milyard manatdan çox qalıq yaranıb

İqtisadiyyat

23 Aprel 2024, 14:57

2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub və 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

 

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

 

Məlumatda dövlət büdcəsinin gəlirləri barədə deyilir:

 

"2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27,0 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

 

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4 faizi vergi orqanlarının xətti ilə daxilolmaların,  3195,3 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.

 

2024-cü ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 532,0 milyon manat və ya 14,2 faiz, gömrük orqanlarının xətti ilə 102,9 milyon manat və ya 7,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 0,3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 2,0 milyon manat və ya 27,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 52,3 milyon manat və ya 23,2 faiz çox icra edilmişdir (Qrafik 3). 

 

2024-cü ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 2023-cü ilin həmin dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondudan dövlət büdcəsinə transfert üzrə 1619,3 milyon manat və ya 2 dəfə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,3 milyon manat və ya 16,5 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 16,6 milyon manat və ya 6,3 faiz çox, vergi oqanlarının xətti ilə daxilolmalar üzrə 617,8 milyon manat və ya 12,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 75,1 milyon manat və ya 4,9 faiz az icra edilib.

 

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2024-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 50,6 faizini təşkil etməklə 4671,7 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 472,8 milyon manat və ya 11,3 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 241,7 milyon manat və ya 5,5 faiz çoxdur.

 

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 2914,4 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,5 faizini və ya 1469,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,5 faizini və ya 118,8 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,4 faizini və ya 159,4 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 9,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

 

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 216,7 milyon manat və ya 5,0 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur (Qrafik 4).

 

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30,0 faizi və ya 1367,3 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizi və ya 3195,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

 

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi  və 667,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,0 faizi və ya 464,8 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 17,2 faizi və ya 234,6 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir".

 

Dövlət büdcəsinin xərcləri isə belə olub:

 

"Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

 

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 8412,6 milyon manat və ya təsdiq olunmuş rüblük proqnoza qarşı 2124,9 milyon manat (33,8 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 22,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz bəndi çoxdur.

 

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsi xərclərinin 4967,1 milyon manatı və ya 59,0 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 217,5 milyon manat və ya 4,6 faiz çox), 2357,5 milyon manatı və ya 28,0 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 738,2 milyon manat və ya 45,6 faiz çox), 1088,0 milyon manatı və ya 13,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 890,0 milyon manat və ya 5,5 dəfə çox) yönəldilib.

 

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 158,6 faiz icra edilməklə 507,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 139,6 faiz icra edilməklə 1084,7 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 124,2 faiz icra edilməklə 1364,5 milyon manat, təhsil xərcləri 121,4 faiz icra edilməklə 944,8 milyon manat,  kənd təsərrüfatı xərcləri 181,3 faiz icra edilməklə 342,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 122,0 faiz icra edilməklə 1625,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 107,7 faiz icra edilməklə 544,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 190,7 faiz icra edilməklə 1572,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 100,4 faiz icra edilməklə 98,7 milyon manat,  əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 96,4 faiz icra edilməklə 228,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 78,3 faiz icra edilməklə 50,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 76,8 faiz icra edilməklə 48,2 milyon manat təşkil etmişdir (Qrafik 5).

 

2024-cü ilin yanvar-mart aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan 2482,9 milyon manat vəsaitin 22,2 faizi və ya 551,0 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 238,8 milyon manat və ya 1,8 dəfə çoxdur.

 

 2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5,0 faiz çoxdur.

 

 İstifadə edilmiş vəsaitin 1138,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisi, yenidən qurulması (avtomobil və dəmir yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 885,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 212,3 milyon manat, meliorasiya işlərinin aparılması üçün 34,1 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılması üçün 0,8 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsi üçün 0,4 milyon manat və digər infrastruktur layihələrinin icrası üçün 5,6 milyon manat), 23,6 milyon manatı sosial təyinatlı layihələrin tikintisi, yenidən qurulması (təhsil və səhiyyə tədbirlərinə), 20,1 milyon manatı Zəngilan şəhərində Konqres Mərkəzinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) ümumi istifadəsi üçün vahid inzibati binanın layihələndirilməsi və tikintisi, 15,0 milyon manatı ərazilərin minalardan təmizlənməsi, 23,5 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib".

 

1341069

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok