Modern.az

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi - SİYAHI

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi - SİYAHI

İqtisadiyyat

24 Aprel 2024, 11:10

2024-cü ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 867 ton ət, 34 052 ton süd istehsal olunub.

 

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 271 ton artıb, süd istehsalı isə 1.3% və ya 460 ton azalıb. 2023-ci ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4596 ton ət, 34 512 ton süd istehsal olunub.

 

Qeyd edək ki, hesabat dövündə ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 1192 ton ət, 10 859 ton isə süd istehsal olunub.

 

Xatırladaq ki, 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136 678 ton süd istehsal olunub.

 

Cədvəldə 2024-cü ilin yanvar-mart ayları ərzində azad edilmiş rayonlar üzrə ət və süd istehsalının həcmi verilib. (APA)

 

Azad edilmiş rayonlar Ət istehsalı. ton Süd istehsalı. Ton
Ağdam 1192 10859
Laçın 858 5587
Kəlbəcər 850 6575
Xocavənd 629 1022
Füzuli 612 6708
Cəbrayıl 509 2064
Şuşa 104 531
Xocalı 57 405
Qubadlı 40 188
Zəngilan 16 113
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi