Modern.az

Minimum əməkhaqqı nə qədər artırılacaq? - Ekspert AÇIQLADI

Minimum əməkhaqqı nə qədər artırılacaq? - Ekspert AÇIQLADI

İqtisadiyyat

13 May 2024, 12:32

Xəbər verdiyimiz kimi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında əməyin azadlığı indiqatoru ilə bağlı bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.

 

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabr ayının 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb.

 

Modern.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, COP-29 başlayan müddətə qədər minimum əməkhaqqının artırılmasına dair yeniliyin olacağı gözlənilir. Artımı miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaqdır.

 

"Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə isə, düşünürəm ki, bu əsasən  infilyasiya göstəricəsindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İN-i 5,3 %, BMT 5,9 % proqnozlaşdırsa da, Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5 % olaraq açıqlanmışdır. 

 

Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, 362-363 manat deməkdir.


Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə infilyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % infilyasiya qeydə alınıb. 


Odur ki, infilyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Beləliklə, subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir.

 

Bunun tətbiq edilmə vaxtına gəldikdə isə, 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün da lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik", - o qeyd edib.

 

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU