Modern.az

Azərbaycanda illik inflyasiya məlum oldu

Azərbaycanda illik inflyasiya məlum oldu

İqtisadiyyat

13 May 2024, 12:34

2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib.

 

Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib.

 

2024-cü ilin aprel ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi