Modern.az

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 50 mini ÖTÜB

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 50 mini ÖTÜB

İqtisadiyyat

16 May 2024, 15:22

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 035 borcalana 3 milyard 075,946 milyon manat kredit verib.

 

Modern.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

 

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 439,716 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 434 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

 

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi