Modern.az

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat

16 May 2024, 16:02

2024-cü il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 25442,7 milyon manat təşkil edib. Onun 21324,8 milyon manatı uzunmüddətli kreditlər olub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Mərkəzi Bankın məlumatları əsasında hazırladığı hesabatda qeyd olunub.

Bildirilib ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib. Belə ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 20,3 faiz azalaraq 470,8 milyon manat olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il aprel ayının 1-nə 13150,5 milyon manat olub.

2024-cü ilin yanvar-aprel aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avro – 1,84 manata, 100 Türk lirəsi – 5,44 manata, 100 Rusiya rublu - 1,86 manata bərabər olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi