Modern.az

Bu il ən çox nəyə pul xərcləmişik? - Ayda 416.5 manat...

Bu il ən çox nəyə pul xərcləmişik? - Ayda 416.5 manat...

İqtisadiyyat

17 May 2024, 09:51

2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində insanlara 17 milyard manatlıq məhsul satılıb.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bunun böyük hissəsi, 8.7 milyard manatlıq hissəsi ərzaq məhsullarını payına düşür.

 

İlin ilk 4 ayında insanlara 881.6 milyon manatlıq içki və tütün məmulatları, 2.3 milyard manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar, 402 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

 

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz artıb. İçkilər və tütün məmulatları üzrə artım 5.1 faiz olub.

 

İnsanlar pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

 

Yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq məhsul alıb ki, onun 235 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatını qeyri-ərzaq malları təşkil edib.

 

Qeyd edək ki, əhalinin bir nəfərinin xərclədiyi vəsait də ötən ilə müqayisədə artıb. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq məhsul alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi