Modern.az

Mərkəzi Bank aktivlərini 13 faiz artırıb

Mərkəzi Bank aktivlərini 13 faiz artırıb

İqtisadiyyat

22 May 2024, 10:37

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793,463 milyon manat təşkil edib.

 

Modern.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur.

 

AMB-nin aktivlərinin 27 milyard 046,827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629,471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az), 1 milyard 208,132 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1 % çox) təşkil edib.

 

2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239,248 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 17,7 % artaraq 17 milyard 318,195 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521,107 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759,175 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 1 % artaraq 1 milyard 211,857 milyon manat olub.

 

İl ərzində qurumun balans kapitalı 58,5 % artaraq 1 milyard 554,215 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi