Modern.az

Problemli kreditlərin məbləği 22 % azalıb

Problemli kreditlərin məbləği 22 % azalıb

İqtisadiyyat

22 May 2024, 12:53

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 462,2 milyon manat təşkil edib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,8 % azdır.

 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 5,6 % artıb, son 1 ildə isə 21,9 % azalıb.

 

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il aprelin sonuna isə 2,8 % olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi