Modern.az

Zakir İbrahimov: “AzerGold” QSC-nin ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb”

Zakir İbrahimov: “AzerGold” QSC-nin ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb”

İqtisadiyyat

22 May 2024, 14:12

“Ölkəmizin dağ-mədən sənayesini təmsil edən “AzerGold” QSC qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda çəkisinin artırılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Sözügedən sektor üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib. Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib. Bu əməliyyatlar nəticəsində əldə edilən ümumi gəlir 1 milyard 232 milyon manatı ötüb”. 

 

Modern.az xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.

 

“AzerGold” QSC-nin ölkəmizin dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətindən danışan Z.İbrahimov qeyd edib ki, şirkətin hasilat və istehsal fəaliyyəti fonunda yerli icmalarla iş, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib sahələrə davamlı töhfələrin verilməsi də əsas məqsədlərimiz sırasına daxildir. 

 

İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin fəaliyyətinin müasir dövrün çağırışlarına, yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, QSC tərəfindən yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı