Modern.az

Qurumların bank hesabında 600 milyon manat qalıb

Qurumların bank hesabında 600 milyon manat qalıb

İqtisadiyyat

23 May 2024, 11:00

Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatına Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd olunub.

 

Dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 milyon manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280,0 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir.

 

Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200,0 mln. manatdan çoxu istifadəsiz saxlanılıb. Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1,0 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?