Modern.az

Ötən ilin büdcəsində kəsir nə qədər olub? - RƏSMİ RƏQƏMLƏR

Ötən ilin büdcəsində kəsir nə qədər olub? - RƏSMİ RƏQƏMLƏR

İqtisadiyyat

23 May 2024, 11:01

2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2734,3 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1221,5 milyon manat təşkil edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.


Məlumata görə, dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd azdır. Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinin gəlirləri üzrə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,9 milyon manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olub. 


2023-cü il dövlət büdcəsini kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait, dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar və vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi