Modern.az

İcmal büdcəsinin gəlirləri AÇIQLANDI

İcmal büdcəsinin gəlirləri AÇIQLANDI

İqtisadiyyat

23 May 2024, 11:00

2023-cü il icmal büdcənin gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon manat təşkil edib.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

 

Bu 2022-ci illə müqayisədə 6951,4 milyon manat və ya 16,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 41269,8 milyon manat proqnoza qarşı 921,7 milyon manat və ya 2,2 faiz az icra edilsə də, 2022-ci illə müqayisədə isə 5274,5 milyon manat və ya 15,0 faiz çoxdur.


İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 6268,0 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 6675,2 milyon manat və ya 407,2 milyon manat (6,5 faiz) çox, yəni 106,5 faiz icra olunmuşdur. Bu 2022-ci illə müqayisədə 945,5 milyon manat və ya 16,5 faiz çoxdur.

 

Fondun gəlirlərinin 22,0 faizini və ya 1467,8 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait (2022-ci ilə nisbətən 335,8 milyon manat və ya 29,7 faiz çox), 78,0 faizini və ya 5207,4 milyon manatını (2022-ci ilə nisbətən 609,7 milyon manat və ya 13,3 faiz çox) məcburi dövlət sığorta haqlarından və sair mənbələrdən daxilolmalar təşkil edib.
 

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 6268,0 milyon manata qarşı 6080,7 milyon manat (187,3 milyon manat az) və ya 97,0 faiz icra olunmuşdur ki, bu da 2022-ci ilə nisbətən 828,6 milyon manat və ya 15,8 faiz çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 217,7 milyon manat proqnoz göstəricisinə qarşı 259,4 milyon manat və ya 19,2 faiz çox icra olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi