Modern.az

Transxəzər nəqliyyat dəhlizi Avropa üçün daha çox əhəmiyyət kəsb edir - Prezident

Transxəzər nəqliyyat dəhlizi Avropa üçün daha çox əhəmiyyət kəsb edir - Prezident

İqtisadiyyat

23 May 2024, 13:44

Təbii ki, bizim müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə - red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.

 

“Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi