Modern.az

“Azərişıq”ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

“Azərişıq”ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

25 May 2024, 12:20

“Azərişıq” ASC-nin tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.

 

Modern.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

 

Energetika Nazirliyinə İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərişıq” ASC ilə birlikdə 2025-ci il 1 yanvar - 30 iyun müddətində “Azərişıq” ASC-nin tabeliyində elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərini həyata keçirən ayrıca hüquqi şəxslərin yaradılması üçün “Azərişıq” ASC-nin strukturunun yenidən təsdiq edilməsi barədə təkliflərin təqdim olunması və bununla bağlı hüquqi akt layihəsinin təqdim edilməsi tapşırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi