Modern.az

İnvestisiya xərcləri 771.1 milyon manat artırılıb

İnvestisiya xərcləri 771.1 milyon manat artırılıb

İqtisadiyyat

25 May 2024, 13:13

2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3 milyard 254 milyon manat proqnozlaşdırılıb.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu proqnoz cari ilin proqnozu ilə müqayisədə 771.1 milyon manat və ya 31% artırılıb.

 

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?