Modern.az

Nazir dövlət büdcəsinə yenidən baxılmasının şərtlərini AÇIQLADI

Nazir dövlət büdcəsinə yenidən baxılmasının şərtlərini AÇIQLADI

İqtisadiyyat

27 May 2024, 12:19

“Böyük Qayıdışa dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, bir sıra yeni infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirir.

 

Modern.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı layihədə çıxışı zamanı deyib.

 

Maliyyə naziri bildirib ki, cari ildə inflyasiya tempi azalıb və orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşıb.

 

“Sənədə əsasən, cari ilin ilk dörd ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb”, - deyə nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi