Modern.az

Azərbaycan neftinin qiyməti 85 dolları ÖTÜB

Azərbaycan neftinin qiyməti 85 dolları ÖTÜB

İqtisadiyyat

29 May 2024, 09:20

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3 dollara yaxın bahalaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları, yaxud 3,1 % artaraq 85,05 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi