Modern.az

Bu il Azərbaycanda buraxılan avtomobil və traktorların SAYI

Bu il Azərbaycanda buraxılan avtomobil və traktorların SAYI

İqtisadiyyat

31 May 2024, 11:06

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş avtomobil və traktorların sayı məlum olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 233 ədəd traktor istehsal olunub.

Ölkədə istehsal olunmuş yük avtomobillərinin sayı isə 254 ədəd olub.

Ən çox istehsal minik avtomobillərilə bağlı olub. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 948 ədəd minik avtomobili buraxılıb.

Hər üç məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi