Modern.az

Azərbaycan neftinin qiyməti 79 dollara DÜŞDÜ

Azərbaycan neftinin qiyməti 79 dollara DÜŞDÜ

İqtisadiyyat

4 İyun 2024, 09:08

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4 dollara yaxın ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,5 ABŞ dolları, yaxud 4,23 % azalaraq 79,25 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu